Azərbaycanın Fransadakı səfirliyi soydaşlarımıza müraciət etdi


09:21     16 Mart 2020 2020/03/f4c0a057-2b8e-4514-ae81-ca505a3824b4_1584336163.jpg


Azərbaycanın Fransadakı səfirliyi bu ölkədəki həmvətənlərimizə müraciət ünvanlayıb.


Səfirlik Fransada olan və vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşlarını mövcud vəziyyətdən irəli gələn məsələlərin, habelə qarşılaşdıqları problemlərin təxirəsalınmaz və operativ həllinə kömək etmək məqsədilə konsulluq bölməsinə müraciət etməyə çağırıb.

Müraciətdə koronavirusun (COVİD-19) dünyanın müxtəlif regionlarında, xüsusən Avropada sürətlə yayıldığı və bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemiyanın pandemiya mərhələsinə keçdiyini elan etməsi qeyd olunur. Bu ölkədəki soydaşlarımızdan COVİD-19 virusundan effektiv qorunmaq və yoluxma riskini minimuma endirmək üçün ÜST, eləcə də Azərbaycan və Fransa dövlət orqanları tərəfindən yayılan maarifləndirici məlumatların diqqətlə izlənilməsi, verilən tövsiyələrə əməl olunması xahiş edilir.

Femida.az

Açar sözlər: #Fransa  

Oxunub: 534