Eldar Sultanovun doğum günüdür
09:40 16 Mart 2020
Bu gün Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanovun doğum günüdür.
Femida.az-ın məlumatına görə, Baş Prokurorluğun sözçüsünün 57 yaşı tamam olur.
E.Sultanov 1963-cü ildə Gürcüstanın Marneuli rayonunda anadan olub.
O, orta təhsilini 1969-1979-cu illərdə alıb. Daha sonra ali təhsil alaraq iki ixtisasa sahib olub.
Belə ki, E.Sultanov Azərbaycan Aqrar Universitetinin iqtisadiyyat və Bakı Dövlət Universitetinin hüquq fakültələrini bitirib. 1983-cü ildən dövlət qulluğunda çalışan E.Sultanov 2001-2006-cı illərdə Azərbaycan Milli Məclisi sədrinin köməkçisi, 2007-ci ildən prokurorluq orqanlarında - Baş Prokurorluğun Təşkilat Analitik İdarəsinin prokuroru vəzifəsində xidmətə başlayıb.
2008-ci ildən isə E.Sultanov Respublika Prokurorluğunun Mətbuat Xidmətinə rəhbərlik edir.
Bu müddət ərzində o, prokurorluq orqanlarının, ilk növbədə, Baş Prokurorluğun kütləvi informasiya vasitələri ilə qarşılıqlı münasibətlərin daha da yaxşılaşmasına və yüksək əməkdaşlığına nail ola bilib.
Femida.az
Oxunub: 438
Oxşar xəbərlər
- Övladlarını diləndirən valideynlər
- Baş Prokurorluq AMEA-dakı qanun pozuntuları ilə bağlı cinayət işinə başlayıb
- Azərbaycanda MTN generalları həbs edildi - RƏSMİ
- Baş Prokurorluqda Kollegiya iclası keçirilib
- Kamran Əliyev Baş Prokurorluqda iclas keçirir
- Məktəbli qızların intiharı ilə bağlı cinayət işi başlandı
- Məhkəmə katibi rüşvət üstündə həbs olundu - RƏSMİ
- Prezident Baş Prokurorluğun yeni binasının açılışını edib - FOTOLAR
- Ötən il 254 cinayətkar qrup zərərsizləşdirilib
- Baş Prokurorluqda erməni cinayətləri ilə bağlı 62 cinayət işi başlanıb - 21 şəxs barəsində axtarış elan edilib