Narkotik satışı ilə məşğul olan dəstə üzvləri saxlanıldı
09:58 16 Mart 2020
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Baş İdarəyə Ceyhun adlı şəxsin narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirməsi barədə əməliyyat məlumat daxil olub.
Həmin şəxsin tutulması istiqamətində keçirilən əməliyyat nəticəsində Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Abışov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 kiloqram 5 qram narkotik vasitə olan heroin və 102,303 qram psixortop maddə metamfetamin aşkar edilib.
C.Abışov ifadəsində qeyd edib ki, narkotik vasitələri Əmir adlı şəxsdən satmaq niyyəti ilə əldə edib. Əməliyyat tədbirlərinin davamı olaraq ona narkotik vasitələri satan paytaxt sakini Əmir Babayev də tutulub. Onun idarə etdiyi “Mersedes ”markalı avtomobilə baxış zamanı külli miqdarda narkotik vasitələr - 1 kiloqram 910 qram tiryək, 30,282 qram heroin və 1 kiloqram 15 qram marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. C.Abışov və Ə.Babayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirəri seçilib əməliyyat tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 494
Oxşar xəbərlər
- Narkotiki bankalara yığaraq zirzəmidə saxlayan şəxs saxlanılıb
- Narkotikin təsiri altında avtomobildə dönər ətləri daşıyan şəxs ifşa olunub
- Narkotik istifadəçiləri Bakının ən çox hansı rayonlarındadır? - SİYAHI
- Narkotikə görə saxlanılan vərəm xəstəsi vəfat edib
- Narkotikin təsir altında taksi fəaliyyəti göstərən şəxs saxlanılıb
- Narkotikin təsiri altında avtomobil sürən şəxs məsuliyyətə cəlb olunub
- Narkotik vasitənin təsiri altında sərnişin daşıyan Masallı sakini həbs edilib
- Narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
- Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub
- Narkotik satmaq istəyən Ağdam sakini saxlanılıb