Bu günədək koronavirusdan 6518 nəfər ölüb


11:18     16 Mart 2020 20_03_16_1584343207.jpg

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla (COVİD-19) bağlı son məlumatı açıqlayıb.

Femida.az xəbər verir ki, təşkilatın martın 16-na olan məlumatına əsasən, 157 ölkədə virusa yoluxma halı qeydə alınıb.

Ümumi yoluxanların sayı 169 610, yeni yoluxanların sayı 192 nəfərdir.

Bildirilib ki, indiyədək yeni koronavirusdan 6518 nəfər ölüb. Onlardan 15-i yeni ölüm faktıdır. Xəstəliyə yoluxanlardan 77 776 nəfər sağalıb ki, onlardan 1600 nəfəri yeni sağalanlardır.

Femida.az

Açar sözlər: #koronavirus   #ÜST  

Oxunub: 559