"Mingəçevir" SES-nın təhlükəsizliyi gücləndirilir - VİDEO


11:45     16 Mart 2020 2020/03/mingecevir_1584344994.jpg

"Azərenerji" ASC ölkənin ən böyük su elektrik stansiyası olan "Mingəçevir" Su Elektrik Stansiyasında (SES) təmir-bərpa işləri həyata keçirir. 6 hidroaqreqatdan ibarət "Mingəçevir" SES-də aparılan işlər nəticəsində dayanıqlıq, etibarlıq və təhlükəsizlik artırılır.

ASC-dən Femida.az-a verilən məlumata görə, ən əsası isə tezliyin avtomatik tənzimlənməsi istiqamətində böyük layihə gerçəkləşir.

Qeyd edək ki, 2018-ci ilin yayında baş verən qəza və nəticədə enerji sistemin çökməsinin bir daha təkrarlanmamasına görə əks-qəza avtomatikasının, o cümlədən rele-mühafizəsinin yenilənməsi ilə yanaşı, tənzimatın avtomatik aparılması üçün bir çox ölkələrin müasir texnologiyaya əsaslanan avadanlıqları alınaraq işə qoşulur.



Femida.az

Açar sözlər:

Oxunub: 393