1 əsgərimizə görə 6 erməni öldürülür - Polkovnik
13:04 01 Dekabr 2015
Bu gün qoşunların təmas xəttində düşmənlə döyüş zamanı ordumuzun şəhid verməsi xəbərini Müdafiə Nazirliyinin istefada olan polkovniki Məhərrəm Cahangirov şərh edib.
Məsələ ilə bağlı M. Cahangirov Anspress-ə bildirib ki, ermənilərin bu aktivliyi avqust ayından etibarən başlayıb:
"Son günlər Türkiyə ilə Rusiya arasında yaranan narazılıq, Azərbaycanın isə hər iki dövlətlə münasibətlərinin yaxşı olması Ermənistan hakimiyyətinin qısqanclığına səbəb olub. Hazırda regionda ciddi proseslər baş verir. Ermənilər isə diqqətləri yayındırmaq üçün belə bir təxribatlara əl atırlar. Ordumuzun şəhid verməsi təbii ki, üzücü haldır. Ancaq insanlar unutmamalıdır ki, ordumuz bir əsgərini itirdiyi zaman ermənilərin ən azı 6-7 əsgəri məhv edilir. Sadəcə qarşı tərəfin rəsmi orqanları məlumatları gizlədirlər. Azərbaycanın ordusu 1992-1993-cü ildəki ordu deyil. Hazırda hər kəs bilir ki, Azərbaycanın nizamlı ordusu var. Ordumuz qarşı tərəfin bir təxribatına beş qat cavab verir. Ona görə də, insanların narahat olmasına heç bir səbəb yoxdur. Bir müddət əvvəl mən bir qrup veteranla cəbhə bölgəsində oldum. Orada gördüyüm ruh yüksəkliyi mənim qələbənin gec-tez bizim olacağı barədə fikrimi daha da qüvvətləndirdi", - deyə polkovnik bildirdi.
Qeyd edək ki, bu gün Azərbaycan Ordusu şəhid verib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Elşən Aydın oğlu İsmayılov şəhid olub.
Ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
Oxunub: 3141
Oxşar xəbərlər
- 14 yaşlı qız itkin düşüb - FOTO
- 104 yaşlı çeçen qadını Kərbəla adına Gədəbəyə göndərdilər
- 18 şirkətin əmlakı qiymətləndiriləcək
- 15 günün gəlini vəhşicəsinə döyüldü - Xəstəxanalıq oldu
- 16 yaşlı yeniyetmə bütün ailə üzvlərini qətlə yetirib
- 10 kiloqramdan artıq marixuana tapıldı (FOTO)
- 12 kəndə yeni içməli su xətti çəkildi
- 169 azərbaycanlı deportasiya edildi
- 14 yaşlı qız dərmandan zəhərlənib öldü - Sabirabadda
- 19 yaşlı gənci qıza görə qanına qəltan etdilər