Ermənistanda koronavirusa görə fövqəladə vəziyyət elan edilib


18:13     16 Mart 2020 20_03_16_1584359788.jpg

COVID-19 pandemiyasına görə Ermənistan hökuməti ölkədə fövqəladə vəziyyət elan edib.


Femida.az -ın “aysor.am”a istinadən verdiyi xəbərə görə, Ermənistanın Ədliyyə naziri Rustam Badasyan bildirib ki, 16 mart saat 17:00-dan 16 aprel saat 09:00-a kimi ölkə ərazisində fövqəladə vəziyyət elan olunub.

O qeyd edib ki, fövqəladə vəziyyət koronavirus təhlükəsi ilə əlaqədar elan edilib.

Xatırladaq ki, indiyədək Ermənistanda 30 nəfərin yeni koronavirusa yoluxduğu təsdiqlənib.

Açar sözlər:

Oxunub: 199