Bu il şəhid ailələrinə və müharibə əlillərinə 1500 fərdi ev və mənzil veriləcək


16:51     16 Mart 2020 2018/05/sahil_1526110039.jpg

“Ötən il şəhid ailələri və müharibə veteranlarına 934 mənzil və fərdi ev təqdim olundu. Onların 300-ü fərdi evlər, 634-ü mənzil idi”.



Femida.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyev tərəfindən qəbul edilən zaman bildirib.

Nazir qeyd edib ki, bu proqram respublikanın 25 rayonunu əhatə edib: "Sizin tapşırıqlarınıza uyğun olaraq bu proqram cari ildə daha da genişləndirilib - 1500 mənzili və fərdi evi əhatə edib. Proqram 52 rayonumuz əhatə olunmaqla 700 mənzili və 800 fərdi evi nəzərdə tutur. Artıq bütün inventarlaşma işləri yekunlaşdırılıb, müvafiq satınalmalar elan edilib. Bu il Gəncə istisna olmaqla, respublikanın əsas şəhərlərində növbədə olan bütün insanlar mənzil və evlə təmin ediləcəklər”.

Nazir bildirib ki, Gəncədə 170 nəfər növbədədir, onların da 100 nəfərinə bu il evlər, mənzillər təqdim olunacaq:

“Fərdi evlər proqramı çərçivəsində 52 rayon üzrə 800 fərdi ev şəhid ailələrinə və müharibə əlillərinə təqdim olunacaq. Builki proqramın icrası nəticəsində 2014-cü ilə qədər növbəyə duran insanların sayı 1500-ə düşəcək. Bununla bağlı da Sizin tapşırıqlarınız olub ki, onları da sürətlə yekunlaşdıraq”.

Açar sözlər:

Oxunub: 325