Daha bir səfirliyimizdən vətəndaşlara müraciət


19:14     16 Mart 2020 2020/03/Abu-D-1584361158_1584363315.jpg

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi bu ölkədə müvəqqəti və daimi yaşayan, həmçinin müvəqqəti səfərdə olan vətəndaşlarımıza müraciət edib.

Femida.az səfirliyin “Facebook” səhifəsinə itinadla xəbər verir ki, müraciətdə yeni tip koronovirusun (COVID-19) bir çox ölkələrdə sürətlə yayıldığı, o cümlədən səfirliyin akkreditə olduğu BƏƏ-də bu virusa yoluxma hallarının qeydə alınması müşahidə edilməkdə olduğu vurğulanıb.

“Koronavirusdan effektiv şəkildə qorunmaq üçün aşağıdakı tövsiyələrə ciddi şəkildə əməl olunmasını xahiş edirik:

Yaşadığınız ölkənin müvafiq dövlət orqanlarının yaydığı məlumat və tövsiyələrin diqqətlə izlənilməsi, şəxsi gigiyena, sanitar və digər qaydalara ciddi riayət edilməsi;

Xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan, istifadənin məhdudlaşdırılması və insanların kütləvi şəkildə toplaşdıqları ərazidən çəkinilməsi;

Koronavirusa yoluxma ilə bağlı hər hansı şübhə və ya simptomlar yarandığı halda təcili tibbi müayinədən keçilməsi;

Bu məqsədlə səfirlik tərəfindən müəyyən edilmiş “qaynar xətt”lə (Eldəniz Musayev +971509710509 “Əbu Dabidəki səfirlik; Tamerlan Qarayev +971554822828 Dubaydakı Baş konsulluq) əlaqə saxlanılması;

Eyni zamanda diqqətinizə çatdırırıq ki, konsulluq sahəsində çalışan əməkdaşların, habelə qəbula gələn vətəndaşlar arasında yoluxma riskinin azaldılması məqsədilə, təcili olmayan konsulluq əməliyyatları təxirə salınır. Vətəndaşların qəbulu yalnız əvvəlcədən müəyyən edilmiş görüş vaxtlarında və tək-tək aparılacaqdır”.

Məlumatda bildirilib ki, hər hansı fövqəladə vəziyyətlə bağlı məlumatlandırılma və hüquqi yardımın göstərilməsi məqsədilə Azərbaycan Respublikası vətəndaşlarının səfirliyin konsulluq şöbəsində konsulluq qeydiyyatına alınmaları üçün müraciət etmələri (Orxan İsmayılov/ konsul- Əbu Dabi +971543222700 [email protected]; Tamerlan Qarayev +971554822828 Dubaydakı Baş Konsulluq) tövsiyə olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 448