Rafael Dadaşov sabah II Fəxri xiyabanda dəfn ediləcək


17:12     16 Mart 2020 2020/03/bff9a824-b7fa-4540-9cc6-12454b8cc746_1584363335.jpg

Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Rafael Dadaşov sabah II Fəxri xiyabanda dəfn ediləcək.


Bu bunu “Report”a açıqlamasında Xalq artisti Briliant Dadaşova deyib.

O bildirib ki, mərhumun cənazəsi saat 14:00-da evindən götürüləcək: “Sabah hava şəraitinin əlverişsiz olacağına dəfni günorta saatlarına təyin etmişik. Akademik Milli Dram Teatrının fəliyyətinin koronavirusa görə məhdudlaşdırdığı üçün orada vidalaşma mərasimi olmayacaq. Rafael Dadaşovla vidalaşmaq istəyənlər II Fəxri xiyabana toplaşacaq”.

Qeyd edək ki, Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Rafael Dadaşov martın 16-da vəfat edib.

Xatırladaq ki, Mədəniyyət naziri Əbülfəs Qarayev müvafiq əmri ilə martın 7-dən etibarən mədəniyyət müəssisələrində konsert və tamaşalar təxirə salınıb. Teatr və konsert müəssisələri fəaliyyətini martın 27-dən sonra davam etdirəcək.

Həmçinin, martın 14-dən etibarən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunub.

Açar sözlər:

Oxunub: 165