14 evdən oğurluq edən şəxs saxlanıldı


19:27     16 Mart 2020 hebs_58.jpg

Bakıda evlərdən pul oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 27-də rayon ərazisindəki evlərin birindən pul və 6 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini B.Eminov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun daha 13 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 469