Rusiya Azərbaycanla dəmiryolu əlaqələrini dayandırdı


20:33     16 Mart 2020 20_03_16_1584376500.jpg

Rusiya hökuməti bu gündən Azərbaycan və Özbəkistanla dəmiryolu əlaqələrini müvəqqəti dayandırdı.

Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Rusiya dəmir yolları” SC-nin açıqlamasında bildirilir.

Açıqlamaya görə, bu addım COVİD-19 virusunun yayılmasına qarşı görülən tədbirlər çərçivəsində atılıb və əlavə göstəriş verilənədək davam edəcək. Ləğv edilmiş qatarlara biletlər əlavə haqq ödəmədən qaytarıla bilər.

Femida.az

Açar sözlər:

Oxunub: 517