DYP-dən sürücü və sərnişinlərə xəbərdarlıq - bunu etməyənlər 40 AZN cərimələnəcək
09:33 17 Mart 2020
Qəzalar nəticəsində ölən və xəsarət alanların əksəriyyəti istismar müddəti çox olan, müasir təhlükəsizlik elementləri ilə təchiz edilməmiş köhnə avtomobillərin sürücüləri və sərnişinləridir.
Femida.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi son günlər respublikanın avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələrinin təhlil edərək bu qənaətə gəlib.
İdarədən verilən məlumatda bildirilir ki, bəzi sürücülər tərəfindən arxa oturacaqların kəmərləri bilərəkdən çıxarılır ki, bu da toqquşma və ya aşma zamanı salondakı insanların ölməsinə, yaxud ağır yaralanmasına səbəb olur.
İdarə bir daha sürücüləri xəbərdar edir ki, martın 15-dən respublika üzrə başlayan reydlər zamanı təhlükəsizlik kəmərlərinin çıxarılması halları müəyyən edilərsə, sürücü, həmçinin arxa və ya qabaq oturacaqdan asılı olmayaraq kəmərdən istifadə etməyən sərnişinlər cərimələnəcəklər.
Qeyd edək ki, kəmər taxmamağa görə cərimə 40 manatdır.
Oxunub: 859
Oxşar xəbərlər
- DYP-dən isti hava ilə bağlı sürücülərə çağırış
- DYP-dən rayonlara səfərlər bağlı sürücülərə MÜRACİƏT
- DYP-dən gizli radarların quraşdırılması iddiasına münasibət
- DYP-dən uzaq məsafələrə səhayət edən sürücülərə müraciət
- DYP-dən küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq
- DYP-dən nasaz avtomobillərlə bağlı müraciət
- DYP-dən texniki baxışla bağlı XƏBƏRDARLIQ
- DYP-dən karantin postları ilə bağlı MÜRACİƏT
- DYP-dən vətəndaşlara çağırış: "Diqqətli olun!"
- DYP-dən sürücülərə XƏBƏRDARLIQ