DSX-da "qaynar xətt" yaradıldı


10:04     17 Mart 2020 dsx20150308.jpg

Dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyəti ilə bağlı vətəndaşların müraciət və sorğularının operativ şəkildə cavablandırılması üçün Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətində 16-58 qısa nömrəli qaynar xətt xidməti fəaliyyətə başlayıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Femida.az-a verilən məlumata görə, sabit telefon şəbəkəsinin abunəçiləri üçün yığım qaydası, Bakı şəhəri üzrə - 16-58, bölgələr üzrə - 012-16-58, mobil telefon şəbəkələrinin abunəçiləri üçün- 16-58 təyin edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 432