Dünən 24 cinayətin üstü açılıb
10:25 17 Mart 2020
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
BŞBPİ-nin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 16-da 24 cinayətin üstü açılıb.
Onlardan 6-sı əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Narkotiklərlə əlaqəli 2, baş verən oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 13 faktın açılması tədbirlərlə təmin olunub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 9 nəfər saxlanılıb.
İtkin düşən kimi axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.
Femida.az
Oxunub: 1034
Oxşar xəbərlər
- Dünən Azərbaycanda 44 yanğın olub - Evdə qalan 5 nəfər isə...
- Dünən 30 COVID-19 xəstəsinə cinayət işi başlanılıb
- Dünən 32 koronavirus xəstəsinə cinayət işi başlanılıb
- Dünən yollarda karantini pozan 1 822 nəfər cərimələndi
- Dünən 40 nəfər şübhəli şəxs saxlanılıb - Cinayətə görə
- Dünən 3 nəfər yol qəzasında ölüb - RƏSMİ
- Dünən 24 nəfər şübhəli şəxs saxlanılıb - Cinayətə görə
- Dünən 30 nəfər şübhəli şəxs saxlanılıb - Cinayətə görə
- Dünən 19 nəfər şübhəli şəxs saxlanılıb - Cinayətə görə
- Dünən 14 nəfər şübhəli şəxs saxlanılıb - Cinayətə görə