Yeni qanun layihəsinin hazırlanması təklif olundu


10:54     17 Mart 2020 1431593702_vuqar.jpg

Azərbaycanda “Startuplar haqqında” qanun layihəsinin hazırlanması təklif olunub.

Femida.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi, siyasət və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.

Deputat startuplarla bağlı ayrıca qanun layihəsinin olmasının vacibliyini vurğulayıb. V.Bayramov, həmçinin qeyd edib ki, startuplarla əlaqədar güzəştlər ayrıca olaraq qanunda qeyd olunmalıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 510