Koronavirusa görə sahibkarlara güzəşt edilə bilər


10:59     17 Mart 2020 20_03_17_1584428415.jpg


Koronavirus epidemiyasının yayılması ilə bağlı dünyanın bir sıra ölkələrində sahibkarların dövlət qarşısında öhdəliklərinin yerinə yetirilməsində güzəştlərin tətbiq edilməsi nəzərdə tutulur.


Femida.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib. O bildirib ki, Azərbaycanda da hökumət daxilində bu istiqamətdə müzakirələr aparılıb:

"Koronavirusla bağlı görülən tədbirlər strukturlar arasında uyğunsuzluq yaradır. Müqavilələrdə fors-major hallarla bağlı xüsusi maddə var. Amma fors-major hallara epidemiyanın yayılması daxil deyil. Belə halda müqavilə öhdəliklərinə yeni anlayışların daxil edilməsi bizə lazım olacaq. Çünki bu gün dünyada epidemiyaların yayılması prosesi çox sürətlə gedir”.

Femida.az

Açar sözlər:

Oxunub: 430