Bu ölkədə qadınlar ilk dəfə seçkilərdə iştirak edəcək


14:00     01 Dekabr 2015 suudi-kadınları.jpeg

12 dekabr tarixində Səudiyyə Ərəbistanında keçiriləcək bələdiyyə seçkilərində qadınlar da iştirak edəcək. Bu seçkilərdə qadınlara həm namizəd, həm də seçici kimi öz seçki hüquqlarını həyata keçirməyə şərait yaradılacaq.


Bu barədə Femida.az Türkiyə mediasına istinadən xəbər verir.

Qadınların ilk dəfə qatılacağı seçkilərə artıq bütün hazırlıqlar tamamlanıb. Bələdiyyə orqanlarına 7 min nəfər öz namizədliyini irəli sürüb. Bunlardan 900 nəfərini qadınlar təşkil edir. Seçkilərdə iştirak edəcək qadın seçicilərin sayı isə 130 min 600 nəfər olduğu bildirilib.

Qadınlara bələdiyyə orqanlarına seçilmək hüququnun verilməsinə baxmayaraq kişilər və qadınların birgə iclaslar keçirməsi qadağandır.

Qadınlara maşın sürməyi qadağan edən yeganə ölkə...

Səudiyyə Ərəbistanında qadınlar kişilərlə müqayisədə bir çox hüquqdan məhrumdur. Bu məhrumiyyətlərdən biri də avtomobil idarə etməklə bağlıdır. Belə ki, dünyada qadınlara avtomobil idarə etməyi qadağan edən yeganə ölkə Səudiyyə Ərəbistanıdır. Səudiyyəli qadınlar tez-tez bu qadağaya qarşı etirazlar da edirlər. Səudiyyə qanunlarına görə, qadınlar kişi nəzarəti olmadan ətrafda gəzişərsə, bu əxlaqsızlığın artmasına gətirib çıxara bilər. Hətta bir islam alimi belə bir iddia irəli sürmüşdü ki, sükan arxasında oturmaq qadınların yumurtalıqlarına mənfi təsir edir.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1168