Narkotik satan iki nəfər saxlanılıb


12:19     17 Mart 2020 2019/09/hebs_yeni-cinayet_1568621743.jpg

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini V.Vəliyev Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Axtarış zamanı ondan 6 qrama yaxın marixuana aşkarlanaraq götürülüb. Onun idarə etdiyi “VAZ-21011” markalı avtomobildən 1 kiloqram 120 qram marixuana aşkarlanıb.

Polis əməkdaşları tərəfindən narkotik vasitəni ona satmaqda şübhəli bilinən Yevlax rayon sakini V.İsazadə də saxlanılıb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evindən heroin aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 458