Valyuta hərracında dollara tələb azaldı


13:10     17 Mart 2020 dollarrr.jpg


Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirilib.


Femida.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bugünkü hərracda bankların tələbi son dəfə, yəni martın 13-də, keçirilən hərracla müqayisədə 14,9 mln ABŞ dolları və yaxud 5,6% azalaraq 250,3 mln ABŞ dolları təşkil edib.

Hərracda manatın ortaçəkili məzənnəsi yenə də 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Femida.az

Açar sözlər:

Oxunub: 460