Konstitusiya Məhkəməsinin iş rejimi dəyişdi


13:24     17 Mart 2020 20_03_17_1584437152.jpg


Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin iş rejimi dəyişib.

Femida.az xəbər verir ki, koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tövsiyyələrini nəzərə alaraq Konstitusiya Məhkəməsində aşağıdakı iş qaydaları müvəqqəti tətbiq ediləcək:

1. Konstitusiya Məhkəməsinin Plenumlarının iclasları müvəqqəti olaraq yazılı prosedurla keçiriləcək;

2. Vətəndaşların (şəxslərin) qəbulu müvəqqəti olaraq dayandırılır;

3. Vətəndaşlar (şəxslər) www.constcourt.gov.az Konstitusiya Məhkəməsinin rəsmi internet səhifəsinə daxil olaraq onlayn şəkildə Məhkəməyə müraciət edə, həmçinin ərizə və şikayətləri poçt vasitəsilə göndərə bilərlər.

Əlaqə üçün telefon nömrələri: 4929103, 4927961 (Konstitusiya Məhkəməsi Aparatının Vətəndaşların qəbulu və şikayətlər şöbəsi)

Femida.az

Açar sözlər: #konstitusiya   #məhkəmə   #koronavirus  

Oxunub: 1506