Lənkəranda yanğın - 20 nəfər yanğından xilas edilib


13:45     17 Mart 2020 2020/03/15844-1584437652_1584439212.jpg

Lənkəran şəhərində beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 60 kvadratmetr olan üçotaqlı mənzildə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Femida.az -a verilən məlumata görə, hadisə nəticəsində mənzilin bir hissəsi və dəhlizində paltaryuyan maşın yanıb. Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 454