Macarıstanda qalmış Azərbaycan vətəndaşları sabah ölkəyə gətiriləcək
14:23 17 Mart 2020
Azərbaycan hökuməti müvəqqəti olaraq (xidməti və şəxsi səfərlər ilə əlaqədar) Macarıstanda qalmış Azərbaycan vətəndaşlarının ölkəmizə təxliyə olunması ilə əlaqədar martın 18-də Budapeşt-Bakı birbaşa çarter reysinin təşkil olunmasını planlaşdırır.
Femida.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Macarıstandakı səfirliyi yayıb.
Məlumata görə, həmin çarter reysi vasitəsilə ilk növbədə "WizzAir" şirkətinin 15 və 19 mart tarixlərində uçuşları ləğv olunmuş Azərbaycan vətəndaşlarının təxliyə olunması nəzərdə tutulur: “Təyyarənin tutumu imkan verdiyi təqdirdə mart ayının sonuna qədər "WizzAir" şirkətinin təxirə salınacaq reysinin Azərbaycan vətəndaşları olan sərnişinləri və bu ölkədə təhsil alan Azərbaycanlı tələbələrimizin müraciətləri nəzərə alınacaq”.
Qeyd edilib ki, çarter reysi ilə Bakıya uçacaq sərnişinlər mütləq qaydada 14 günlük karantinə alınacaqlar. Bununla əlaqədar olaraq, sərnişinlərin Heydər Əliyev hava limanında eniş zamanı COVİD-19 ilə bağlı Azərbaycan Respublikasında tətbiq olunan qaydalara ciddi şəkildə riayət etməli xahiş olunur.
Femida.az
Oxunub: 566
Oxşar xəbərlər
- Macarıstan Ukraynadakı vəziyyətə görə immiqrasiya siyasətini dəyişməyəcək
- Macarıstan Ukrayna ilə sərhədə qoşun göndərir
- Azərbaycan Macarıstanla Qarabağda birgə müəssisələr yaratmaq istəyir
- Azərbaycanın XİN Macarıstanı təbrik edib
- Prezident Macarıstanın dövlət başçısını təbrik edib
- Spiker Macarıstana gedib
- Macarıstan XİN rəsmisi: “Biz daima Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik”
- "Macarıstan tezliklə Azərbaycandan qaz almağa başlayacaq" - XİN başçısı
- Prezident: Macarıstan Azərbaycanın ən yaxın dostlarındandır
- İlham Əliyev Macarıstanın xarici işlər və ticarət nazirini videoformatda qəbul edib