"Mart və aprel aylarında kreditlərə cərimə yazılmasın" - Deputatdan təklif
15:14 17 Mart 2020
“Vətəndaşların böyük əksəriyyəti toy məclislərini həyata keçirmək üçün kredit götürüblər. Buna görə də, onlar banklara borcludurlar. Belə görünür ki, mart və aprel ayında toy mərasimlərini keçirilməyəcək və onlar kreditləri ödəməkdə çətinlik çəkəcəklər. Mümkünsə, banklara müraciət edək, ən azından bu 2 ay ərzində vətəndaşlara gecikmələrə görə cərimələr tətbiq edilməsin”.
Femida.az xəbər verir ki, bu təklifi Milli Məclisin bu gün keçirilən plenar iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna təklif edilən dəyişikliklər məsələsinin müzakirəsi zamanı deputat Naqif Həmzəyev irəli sürüb.
Naqif Həmzəyev bildirib ki, bu addımla banklara borcu olan vətəndaşlarımızı sevindirmiş olarıq.Onlar bu problemi özlərinə dərd etməzlər.
Millət vəkili koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədi evdə oturan vətəndaşları nəzərə alaraq, internet provayderlərinin gücləndirilmiş iş rejimində işləməsi təklifi ilə də çıxış edib.
Femida.az
Oxunub: 489
Oxşar xəbərlər
- Martın 19-u iş günüdürmü? - RƏSMİ
- Martda 13 gün iş olmayacaq
- Martda 14 gün iş olmayacaq
- Martda nikaha girmək istəyən 15 nəfərdə QİÇS aşkarlanıb
- Martın 15-dən SMS-icazə bərpa ediləcək? — Operativ Qərargahdan açıqlama
- Martın 8-də Azərbaycan ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılacaq
- Martın 13-dən Kiyevdən Bakıya uçuşlar bərpa olunacaq
- Martın 1-dən Azərbaycan vətəndaşları Gürcüstana yeni qayda ilə daxil olacaq
- Mart-iyun aylarında keçilməli olan mövzular qəbul imtahanından çıxarıldı
- Mart ayı üzrə pensiyalar vaxtından əvvəl verildi