Geoloji parklar xüsusi mühafizə olunacaq


15:55     17 Mart 2020 2018/01/park_090118_1515583586.jpg

Azərbaycanda xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərin sırası genişləndirilir.

Femida.az xəbər verir ki, bununla bağlı “Ətraf mühitin mühafizəsi haqqında” qanuna dəyişiklik təklif edilir.

Qanunun 62-ci maddəsinə (Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri) yeni 2.9-cu bənd əlavə olunur. Yeni bəndə əsasən, geoloji parklar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərin sırasına daxil edilir.

Dəyişiklik layihəsi Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Açar sözlər:

Oxunub: 406