Məhkəmə Paşinyanın qızının iddiasını qəbul etmədi


16:28     17 Mart 2020 2020/03/pasin-1584443890_1584449228.jpg

İrəvan məhkəməsi Ermənistanın baş nazirinin qızı Şuşan Paşinyanın "Vətəndaş şüuru" ictimai təşkilatının sədri Narek Samsonyana qarşı qaldırdığı iddianı qəbul etməyib.

Femida.az “news.am”a istinadən xəbər verir ki, məhkəmə iddia ərizəsinin Ermənistan Mülki Prosessual Məcəlləsinin 121 və 122-ci maddələrinin müddəalarına uyğun olmadığını müəyyən edib. Bu səbəbdən müraciətə baxılmaqdan imtina edilib.

Qeyd edək ki, ilk iddia fevralın 26-da, ikinci isə martın 13-də məhkəməyə təqdim olunub. Paşinyanın qızı məhkəmədən Samsonyanın “böhtan sayılan” məlumatları açıq şəkildə təkzim etməsini tələb edib.

Femida.az

Açar sözlər:

Oxunub: 556