Abid Şərifov hadisə yerində


15:02     22 May 2015 m2NJF73l3OM3.jpg

Baş nazirin müavini, Bakıda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov yanğın baş verən əraziyə gedib.


Femida.az xəbər verir ki, o, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla birlikdə əraziyə baxış keçirib, binada təmir-bərpa işlərinə hazırlıqla bağlı göstərişlər verib.

Qeyd edək ki, binanın bərpa olunması ilə bağlı qərar qəbul edilib. Artıq bununla bağlı hazırlıqlara başlanılıb.

Onu da qeyd edək ki, mayın 19-da Azərbaycan paytaxtında, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər ölüb.

Açar sözlər:

Oxunub: 669