Ankaradan 157 Azərbaycan vətəndaşı Bakıya çatdırılıb


16:57     17 Mart 2020 2020/03/2c4c803d-8e03-40df-a4be-1842ad8f433b_1584449894.jpg

"Azərbaycan Hava Yolları" QSC (AZAL) hökumətin tapşırığı ilə Türkiyə ərazisindən Azərbaycan vətəndaşlarının gətirilməsi üçün bu gün Bakı-Ankara-Bakı istiqaməti üzrə çarter reysi yerinə yetirib.

Femida.az bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, reyslə 157 nəfər vətənə qaytarılıb.

Bu, Türkiyədən yerinə yetirilən 3-cü çarter reysidir – daha əvvəl 15 və 16 mart tarixlərində İstanbuldan Bakıya 711 ölkə vətəndaşı gətirilib.

"Azərbaycanın milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək. Vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşları hal-hazırda olduqları yer üzrə səfirliklər və ya konsulluqlara müraciət etməlidirlər", - deyə məlumatda qeyd olunub.

Açar sözlər:

Oxunub: 564


Oxşar xəbərlər