Salyanın polis rəisi işdən çıxarıldı


17:13     17 Mart 2020 20_03_17_1584450870.jpg

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Cəbrayıl Vəliyev vəzifəsindən azad edilib.

Femida.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, C.Vəliyev Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi təyin edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Açar sözlər:

Oxunub: 245