Milli Məclisin plenar iclasları dayandırılmayıb - RƏSMİ


17:19     17 Mart 2020 milli%20mec.jpg

“Ehtiyac olduğu halda Milli Məclisin plenar iclası keçirilə bilər”.

Bunu Femida.az-a açıqlamasında Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

O bildirib ki, parlamentin plenar iclaslarının keçirilməyəcəyi ilə bağlı xəbərlər yanlışdır: “Bu məsələ ilə bağlı hər hansı ajiotaj yaratmağa ehtiyac yoxdur. Milli Məclisdə komitə iclaslarının keçirilməsi müvəqqəti olaraq dayandırılıb. Amma parlamentin plenar iclaslarının keçirilməyəcəyi ilə bağlı hər hansı qərar qəbul edilməyib. Plenar iclas keçiriləcəyi halda ictimaiyyətə məlumat veriləcək”.

Açar sözlər:

Oxunub: 214