Məscid və ziyarətgahlarda ibadətlər dayandırıldı


22:49     17 Mart 2020 heyder_mescidi_2.jpg

Bu gün Qafqaz Müsəlmanları İdarəsində Qazilər Şurası və səlahiyyətli şəxslərin iştirakı ilə iclas keçirilib.
Bu barədə Femida.az-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Qeyd edilib ki, iclasda koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında operativ qərargahın ölkə üzrə bütün kütləvi tədbirlərin təxirə salınması haqqında qərarına əsasən, məscid və ziyarətgahlarda ibadətlər dayandırılıb.

İclasda dindarların bu qərara əməl etmələri xahiş olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 477