Bakıda hamilə arvadına 19 bıçaq vuran şəxsin məhkəməsi başlayır


09:52     18 Mart 2020 20_03_18_1584509077.jpg

Bakıda hamilə arvadına 19 bıçaq zərbəsi vurmaqda təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Femida.az -ın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Siyavuş Hacıyevin icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb. Üç aylıq hamilə olan 1988-ci il təvəllüdlü Maştağa qəsəbə sakini Günay Məmmədovaya ailə münaqişəsi zəminində həyat yoldaşı Xəyal Məmmədov tərəfindən 19 bıçaq zərbəsi vurulub. Qadın xəstəxanaya yerləşdirilib, onun həyatını xilas etmək mümkün olub,

Bildirilib ki, G.Məmmədovanın həyat yoldaşı onun doğma əmisi oğludur. Cütlüyün 4 övladı var.

X.Məmmədova qarşı Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

Açar sözlər:

Oxunub: 505