Gəncə Dövlət Universitetinin dekan müavininə cinayət işi açılıb
10:13 18 Mart 2020
Gəncə Dövlət Universitetinin dekan müavininə cinayət işi açılıb.
APA-nın məlumatına görə, Universitetin Pedaqoji fakultəsinin dekan müavini Yusifov Anar İdris oğlu dələduzluqda və rüşvət vermədə təqsirləndirilir.
Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 312-ci (rüşvət vermə) maddələri ilə ittiham verilib.
A. Yusifovun barəsində aparılan ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Dadaş İmanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası martın 30-a təyin edilib.
Gəncə Dövlət Universitetinin rektorunun müşaviri Asif Cavadov APA-ya bildirib ki, A. Yusifovun barəsində cinayət işi açılandan sonra dekan müavinliyindən azad olunub: “O, hazırda universitetdə Bədən Tərbiyəsi kafedrasında müəllim kimi çalışır”.
Oxunub: 542
Oxşar xəbərlər
- Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
- Gəncədə tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Gəncədə avtomobil qaçıran şəxs saxlanılıb
- Gəncədə ehtiyatda olan polkovnik-leytenantın ölümü ilə bağlı cinayət işi başlanılıb
- Gəncədə kişi həyat yoldaşını bıçaqlayaraq öldürüb
- Gəncədə mübahisə zəminində 3 nəfər bıçaqlanıb
- Gəncədə mənzildə qadın meyiti aşkarlanıb
- Gəncədə yaşayış binasında partlayış olub, ölən var
- Gəncədə 152 kq istehlaka yararsız ət aşkarlanıb
- Gəncədə narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs saxlanılıb