Azərbaycanda məktəblərin vahid idarəetmə sistemi tətbiq oluna bilər


12:50     18 Mart 2020 20_03_18_1584517924.jpg

Azərbaycanda orta təhsil məktəblərinin vahid məkandan idarə olunma sisteminin tətbiqinə dair araşdırmalar aparılır.

Bunu Femida.az-ə "Neuron Technologies" şirkətinin direktoru Vüqar Quliyev deyib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən aparılan araşdırmalar əsasən bu sahə üzrə ixtisaslaşan şirkətlərin təklif etdiyi həllərin nəzərdən keçirilməsindən ibarətdir: "Layihənin əsas məqsədi məktəblərin bir "çətir" altında birləşdirilməsi və idarə olunmasıdır. Məhz buna görə, bazarda mövcud olan platformaların imkanları araşdırılır ki, daha funksional sistemdən istifadə olunsun".

Açar sözlər:

Oxunub: 407