Məhkəmə Gülnarə Kərimovanın cəzasını artırıb


13:18     18 Mart 2020 20_03_18_1584520257.jpg

Cinayət işləri üzrə Daşkənd şəhər məhkəməsi Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın cəzasını artırıb.



Femida.az -ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Özbəkistan Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yeni cinayət işi üzrə məhkəmənin hökmü ilə G. Kərimova 13 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdə qeyd olunub ki, onu cəzaçəkmə müddətinin əvvəli 21 avqust 2015-ci il tarixdən hesablanır.

Xatırladaq ki, G. Kərimova müxtəlif ittihamlar üzrə təqsirli bilinərək məhkum olunub.

Açar sözlər:

Oxunub: 450