Ağdam sakini həmyerlisini bıçaqlayıb


13:52     18 Mart 2020 20_03_18_1584520664.jpg

Ağdamda bıçaqlanma hadisəsi baş verib.

Femida.az -ın xəbərinə görə, hadisə rayonun Mahrızlı kəndində qeydə alınıb. Kənd sakini Məmmədov Şamo Mübariz oğlu həmkəndlisi, Məmmədov Rahib Sahib oğlunu münaqişə zəminində bıçaqlayıb. Yaralı R. Məmmədov Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan APA-ya verilən məlumata görə, R. Məmmədovun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi açılıb.

Açar sözlər:

Oxunub: 447