Bakıda kuryoz cinayətin üstü açıldı
15:36 18 Mart 2020
İctimai təhlükəli hərəkətlərdən polisin yayındırılması məqsədilə martın 14-də paytaxt sakininin evindən 1150 manat məbləğində pul və 1200 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı 102 - Zəng Mərkəzi Xidmətinə müraciət daxil olub.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, müraciət üzrə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları oğurluq əməlində şübhəli bilinən şəxsləri müəyyən edərək saxlayıblar.
Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının fakt üzrə peşəkar əməliyyat tədbirləri nəticəsində şübhəli şəxslərdən – 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunan K.Mustafayevdən 1,805 qram heroin, 1,215 qram xaş-xaş, 0,286 qram marixuana, 0,644 qram həşiş, bir kapsula peraqabalin və R.Fətəliyevdən isə 8,352 q heroin aşkarlanaraq götürülüb.
Şübhəli şəxslərin ətrafında aparılan araşdırmalar nəticəsində məlum olub ki, pul və qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı 1992-ci il təvəllüdlü Ə.Hüseynzadənin verdiyi məlumat yalandır. Müəyyən olunub ki, oğurluq faktı ilə şübhəli şəxs qismində saxlanılanlar aşkarlanan narkotik vasitələri Nəsimi rayonunda yaşayan Ə.Hüseynzadənin evindən oğurlayıblar. Ə.Hüseynzadənin hərəkətində cinayət tərkibi olduğu nəzərə alınaraq, o tutulub.
Faktla bağlı hər üç şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb. Şübhəli şəxslər ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 638
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb