Nazirlikdə ciddi islahatlar başladı
15:04 01 Dekabr 2015
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) və nazirliyin tabeliyindəki müəssisələrdə ciddi islahatlara start verilib.
Femida.az-ın əldə etdiyi məlumata görə, Rabitə və yüksək texnologiyalar naziri səlahiyyətlərini icra edən, nazirin birinci müavini Ramin Quluzadənin tapşırığına əsasən həyata keçirilən islahatlara uyğun olaraq, müraciətlərin diqqətlə baxılıb araşdırılması, reydlər təşkil olunması, vətəndaşlarla ünsiyyətin yüksək səviyyədə qurulması, xidmət mədəniyyətinin yüksəldilməsi, işə davamiyyətin artırılması və iş rejiminə ciddi riayət edilməsi, nizam-intizam tədbirlərinin, eləcə də mühafizənin gücləndirilməsi işlərinə başlanılıb.
Həmçinin yeni fikir və təkliflər dəstəklənməklə, rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı əlavə tədbirlər də islahatların tərkib hissəsini təşkil edir.
İslahat tədbirlərinin icrasının təmin edilməsi, ümumilikdə görülən işlərin səmərəliliyinin yüksəldilməsi və nəzarətin artırılması məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıq və göstərişlər verilib.
Oxunub: 916
Oxşar xəbərlər
- Nazirlikdən hərbçi olmaq istəyənlərə müraciət
- Nazirlikdən xəbərdarlıq- “Bad rabbit” virusu yayılıb
- Nazirlikdən ərəb turistə 1000 manatlıq cərimə
- Nazirlikdən xəbərdarlıq: Leysan, dolu, qar...
- Nazirlikdən küçələrdə rəhmsiz rəftar olunan heyvanlarla bağlı bəyanat
- Nazirlikdən hava xəbərdarlığı: `3 gün ərzində...`
- Nazirlikdən cəbhədəki vəziyyətlə bağlı AÇIQLAMA
- Nazirlikdən cəbhədəki vəziyyətlə bağlı AÇIQLAMA
- Nazirlikdən benzinin bahalaşmasına dair ŞƏRH
- Nazirlikdən Tiqran Balayana CAVAB