Mağazadan oğurluq edən şəxs saxlanıldı
16:43 18 Mart 2020
Nərimanov rayonu ərazisində oğurluq edən şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Nərimanov RPİ 17 və 18-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən A.Həsənov saxlanılıb.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha bir mağazadan 2900 manat oğurlaması da müəyyən edilib.
Davam etdirilən tədbirlərlə onun R.Dadaşzadə ilə birgə bir gözəllik salonundan 2000 manat, 1700 ABŞ dolları, 500 avro pul və 350 manat dəyərində qızıl üzük oğurlamaları da aşkarlanıb.
Femida.az
Oxunub: 513
Oxşar xəbərlər
- Mağazadan 4 500 manat oğurlandı
- Mağazadan oğurluq edən şəxs tutuldu
- Mağazadan 6 min manat pul oğurladılar
- Mağazadan araq və siqaret oğurlandı
- Mağazadan meyvə və yumurta oğurlandı
- Mağazadan 3000 manatlıq lotoreya bileti oğurlandı
- Mağazadan içərisində xeyli pul olan seyf oğurlanıb
- Mağazadan qızıl oğurlanıb
- Mağazadan 340 min manat oğurlayan kassir tutuldu
- Mağazadan 73 telefon oğurladı (FOTO)