4 uşaq anasının intihar etməsinə rəsmi münasibət
17:12 18 Mart 2020
Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi Kütləvi İnformasiya Vasitələrində bir neçə gün öncə intihar etdiyi bildirilən 4 uşaq anası 29 yaşlı Günay Şəmilovanın qayınatası və qayınanası tərəfindən işgəncələrə məruz qalaraq öldürülməsi haqqında məlumatlara aydınlıq gətirib.
Komitədən Femida.az -a bildirilib ki, hadisə ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Daxili İşlər Nazirliyi, Ağcabədi rayon İcra Hakimiyyəti və aidiyyəti qurumlarla əlaqə saxlayaraq, məsələnin hazırki durumu haqqında məlumat alıb.
"Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən, şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və aidiyyəti istintaq işləri aparılır.
Məsələnin humanitar (sosial-ictimai) aspektləri ilə bağlı Ağcabədi rayon İcra Hakimiyyətinin Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndələri ailəyə baş çəkib, mövcud vəziyyət ilə maraqlanıb. Uşaqların hazırki psixoloji durumu qiymətləndirilərək onların mənafeyinin qorunması istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. Məsələ Komitənin və regiondakı Uşaq və Ailələrə Dəstək Mərkəzinin diqqətindədir".
Femida.az
Oxunub: 740
Oxşar xəbərlər
- 42 yaşlı kişi bıçaqlandı
- 40 erməni zabitini məhv edən Elyar Vəliyev kimdir? - Xüsusi təyinatlı əfsanə
- 44 günlük müharibədə dostlaşdı, qayıdıb gördü ki, Şuşada polis rəisidir... (FOTO)
- 41 minə yaxın şəxs vaksinasiya olundu
- 40 erməni hərbçi Kəlbəcərə girmək istədi - Azərbaycan qəti tədbirlər gördü
- 400 min manatlıq dələduzluqda təqsirləndirilən şirkət rəhbərinin məhkəməsi başlayır
- 4 məktəb direktoru işdən çıxarıldı
- 408 qaziyə əlillik dərəcələri təyin olunub
- 40 xüsusi texnika və 2 min şəxs Bakını dezinfeksiya elədi (VİDEO)
- 40 kq narkotik dövriyyədən çıxarılıb