Lənkəranda 3 ədəd mina tapılıb
18:14 18 Mart 2020
Martın 18-də Dövlət Sərhəd Xidmətindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Lənkəran rayonu, Liman qəsəbəsi ərazisində 3 ədəd minanın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Femida.az-a bildirilib ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Dövlət Sərhəd Xidmətinin və Lənkəran rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının (103 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən həmin ərazidə dəniz sahilinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə TM-57 minası və 2 ədəd tank əleyhinə TM-62M minası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Minaların ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Femida.az
Oxunub: 631
Oxşar xəbərlər
- Lənkəranda avtomobil kanala aşıb, ata ölüb, oğlu xəsarət alıb
- Lənkəranda yaşayış evi yanıb, bir nəfər xilas olunub
- Lənkəranda 47 yaşlı kişi qətlə yetirilib
- Lənkəranda avtomobillər toqquşub, ölən var
- Lənkəranda sərxoş sürücünün avtomobilində 6 kq-dan artıq narkotik aşkarlanıb
- Lənkəranda 9 yaşlı uşaq yük maşınının altında qalaraq ölüb
- Lənkəranda qadın polisə bilərəkdən yalan məlumat verib
- Lənkəranda 10 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb
- Lənkəranda bıçaqlanan 27 yaşlı gənc xəstəxanada ölüb
- Lənkəranda müəllim intihar edib