Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin sosial müdafiəsi gücləndiriləcək - SƏRƏNCAM
19:35 18 Mart 2020
Prezident İlham Əliyev yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalayıb.
Femida.az-ın məlumatına görə, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilib.
Nazirlər Kabinetinə tapşırılıb ki, Sərəncamla müəyyən edilən müddətli əlavənin şamil olunacağı tibb işçilərinin əhatə dairəsini, əlavənin ödənilmə müddətini və işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən etsin, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərini müəyyən etsin, Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Femida.az
Oxunub: 476
Oxşar xəbərlər
- Koronavirusla bağlı fövqəladə vəziyyət bu il aradan qaldırıla bilər
- Koronavirusla mübarizədə iştirak edən həkimlərə əlavə pulun ödənilməsi müddəti uzadılıb
- Koronavirusla mübarizəyə görə həkimlərin əlavələri niyə ödənilmir? - Qurumlar bir-birinin üstünə atdı
- Koronavirusla bağlı son STATİSTİKA
- Koronavirusla Mübarizəyə Dəstək Fondunun fəaliyyət müddəti uzadıldı
- Koronavirusla əlaqədar bu gündən Azərbaycan ərazisində yeni qadağalar qüvvəyə minib
- Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinə müddətli əlavənin verilməsi müddəti uzadılıb
- Koronavirusla fəal mübarizə Ordumuza ən böyük dəstəkdir
- Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait açıqlandı
- Koronavirusla mübarizə aparan həkimlərlə bağlı daha bir yenilik