Bakıda Nigeriya vətəndaşı ev sahibini döyüb


10:34     19 Mart 2020 dava.jpg

Bakıda əcnəbi kirayə qaldığı evin sahibini döyüb.


APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Z. Kərimov küçəsi ev 199-da qeydə alınıb. Həmin evdə kirayədə yaşayan Nigeriya vətəndaşı, 1989-cu il təvəllüdlü Musa Mədu Palnam mənzili tərk etmək üçün əşyalarını yığarkən ev sahibi, 1984-cü il təvəllüdlü Rövşən Nəsirli ilə aralarında mübahisə baş verib.

Nəticədə Nigeriya vətəndaşı ev sahibini döyüb. R. Nəsirli burun sınığı ilə xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, Nigeriya vətəndaşı Musa Mədu Palnam Qərbi Xəzər Universitetində hazırlıq kursu keçmək üçün Azərbaycana gəlib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 212