Səhiyyə naziri iclasda huşunu itirib yerə yıxıldı


11:14     19 Mart 2020 2020/03/E3625AFB-5D7B-4783-B74A-FBCE4AB700D6_1584602197.jpeg

Hollandiyanın Səhiyyə naziri Bruno Bruins Nümayəndələr Palatasında keçirilən koronavirusla bağlı iclas zamanı qəflətən huşunu itirib.

Femida.az xarici mətbuata istinadən xəbər verir ki, yerə yıxılan Bruins ətrafdakıların köməyi ilə ayağa qaldırılıb.

Nazir "Twitter" hesabında gərgin iş həftəsinin təsiri ilə huşunu itirdiyini qeyd edib. O, hazırda yaxşı olduğunu bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 462