Peşə ixtisasları üzrə teledərslərin yayımlanacağı vaxt açıqlanıb


11:33     19 Mart 2020 1442037015_trend_tehsil_nazirliyi_education_ministre_300615_3.jpg


Martın 29-da “Mədəniyyət” kanalında peşə ixtisasları üzrə teledərslərin yayımına start veriləcək.

Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, teledərslər bir sıra ixtisaslar üzrə təhsil alan tələbələrin nəzəri və praktiki biliklərinin dərinləşdirilməsi, həmçinin dərs mövzularına dair qısa izah və təlimatların verilməsinə istiqamətləndirilib.

Hazırda sənayedə quraşdırma işləri, tikinti, avtomobil diaqnostikası və təmiri, avtomatika ixtisasları üzrə video dərslərin çəkilişi yekunlaşıb. Növbəti günlərdə digər peşə ixtisasları üzrə teledərslərin hazırlığı nəzərdə tutulur.

Peşə ixtisasları üzrə “Dərs vaxtı” verilişinin cədvəli qısa zamanda açılanacaq.

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər sözügedən dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin elektron resurslarından da izləyə bilərlər.

Femida.az

Açar sözlər:

Oxunub: 412