Sumqayıtda icra nümayəndəliyinin binasında yanğın olub


12:34     19 Mart 2020

Sumqayıtda icra nümayəndəliyinin binasında yanğın olub.

Bu barədə Femida.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, şəhərin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 150 m² olan qəsəbə icra nümayəndəliyinin yerləşdiyi birmərtəbəli, taxta konstruksiyalardan ibarət binanın tavanı və çardağı 80 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 361