İrəvanda keçmiş polis qətl törədib


12:45     19 Mart 2020 2018/06/ermeni-polsi_1528113581.jpg

Ermənistanın paytaxtı İrəvanda cinayət hadisəsi baş verib.

Femida.az "Sputnik-Ermənistana"a istinadən xəbər verir ki, kürəkən 47 yaşlı qayınatası Artur Marqaryanı güllələyərək qətlə yetirib.

Hadisə yerinə gələn polis mənzildə çoxsaylı güllə yarası almış Marqaryanın meyitini aşkar edib. Cinayətdə şübhəli bilinən 35 yaşlı Qor Ter-Yesayan saxlanılıb.

Qeyd edək ki, qətl törətməkdə şübhəli bilinən şəxs keçmiş polis əməkdaşıdır

Femida.az

Açar sözlər:

Oxunub: 526