Bakıda aptekdən 4 min manatlıq oğurluq olub


13:50     19 Mart 2020 20_03_19_1584609662.jpg

Bakıda aptekdən 4 min manatlıq oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.aza verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun və A.Həsənovun ətraflarında Nərimanov RPİ 18-ci PŞ və Nizami RPİ 25-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların Nərimanov rayonu ərazisindəki bir köşkdən 2000 manat dəyərində tütün məmulatı, bir aptekdən 3750 manat və bir mağazadan isə148 manat pul oğurlamaları da müəyyən edilib.

Davam etdirilən tədbirlərlə A.Həsənovun H.Dadaşzadə ilə birgə Nizami rayonu ərazisindəki bir gözəllik salonundan 480 manat oğurlamaları da müəyyən edilib.

Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 460