Leyla Əliyevanın göstərişi ilə azərbaycanlı tələbələrin Rusiyadan qayıtmasına yardım göstərilib


14:42     19 Mart 2020 20_03_19_1584612799.jpg

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın göstərişi ilə Rusiyada təhsil alan Azərbaycan vətəndaşlarının vətənə qayıtmasına yardım göstərilib.

Femida.az -ın verdiyi məlumata görə , koronavirusun yayılması riskinin artması ilə əlaqədar Rusiya ali məktəblərinin yataqxanalarından çıxarılan azərbaycanlı tələbələr AMOR təşkilatına yardım üçün müraciət ediblər.

Təşkilatın sədri Leyla Əliyevanın tapşırığı ilə həmin tələbələrə dəstək göstərilərək, onların vətənə qayıtması xərcləri qarşılanıb.

Açar sözlər:

Oxunub: 206