2 övladını öldürən anaya cəza -20 il həbs


15:18     01 Dekabr 2015 hebs_qadin_0451.jpg



Bakı Ağır Cinayətlər Məhkəməsində iki azyaşlı övladını xüsusi amansızlıqla qətlə yetirən 1988-ci il təvəllüdlü Nəsibə Qurbanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az-xəbər verir ki, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror son sözünü deyib. O, təqsirləndirilən şəxs Nəsibə Qurbanovanın 20 il müddəttinə azadlıqdan məhrum edilməsini istəyib. Bundan sonra hakimlər məhkəmə zalını tərk edib.Hakim Eynulla Vəliyevin sədrliyi ilə çıxarılan hökmə əsasən, Nəsibə Qurbanova 20 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl bu ilin mayında Bakıda, Albalı bağ massivində qeydə alınıb. Orada yaşayan N. Qurbanova 2012-ci il təvəllüdlü Ayan Asif qızı Məlikzadəni və 10 aylıq Ayşəni boğaraq öldürəndən sonra özünə ürək nahiyəsindən bıçaqla xəsarət yetirib.O, bunu ailə vəziyyətinin ağırlığı ilə izah edib.


Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 2547